İlham Əliyev Latviya prezidentini və Oman sultanını təbrik edib

İlham Əliyev Latviya prezidentini və Oman sultanını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Latviya prezidenti Raymonds Veyonisə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

X X X

İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə də təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Əlahəzrət,

Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram".


OXŞAR XƏBƏRLƏR