İlham Əliyev Krala məktub göndərdi
18:34 / 20.07.2017
984
Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu göndərib.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Əlahəzrət,
Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə qeyd edilib.
Sfera.az