İlham Əliyev Krala başsağlığı verdi
03:17 / 12.09.2015
1346
“Allah rəhmət eləsin!”
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.
Sfera.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı mətnində deyilir:
“Əlahəzrət,Əziz Qardaşım,Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.Allah rəhmət eləsin!”
Aysel