İlham Əliyev jurnalistlərlə görüşüb

İlham Əliyev jurnalistlərlə görüşüb
Prezident İlham Əliyev Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib.

Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşova prezident tərəfindən orden təqdim olunub. Ə.Amaşov da öz növbəsində prezidenti təltif edib. Görüşdə çıxış edən dövlət başçısı Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

 

Prezident Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib. O bundan sonrakı mərhələdə isə özünü tənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Prezident mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunub.


OXŞAR XƏBƏRLƏR