İlham Əliyev iranlı nazirə orden verdi

İlham Əliyev iranlı nazirə orden verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, Sfera.az AzərTAc-a istinadən xəbər verir.
Dövlətimizin başçısı İlham Əliyev Mahmud Vaezinin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğuladı.
Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasiminə toxunan dövlətimizin başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirdi və ölkələrimiz arasında əldə olunan bütün razılaşmaların icra edilməsindən məmnun olduğunu dedi.
Prezident İlham Əliyev İstanbulda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdüyünü və bir daha hər iki tərəfin əlaqələrimizin inkişafı ilə bağlı görüləcək işləri müzakirə etdiklərini vurğuladı.
Dövlətimizin başçısı İran İslam Respublikasına səfərini də məmnunluqla xatırladı.
Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.
Mahmud Vaezi bildirdi ki, ölkəsinin dövlət başçısı Prezident İlham Əliyev ilə İstanbuldakı görüşünü böyük razılıq hissi ilə xatırlayır.
O, dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələrin ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdirildiyini vurğuladı.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...