İlham Əliyev İnstagram-da ən populyar liderlər arasında

İlham Əliyev İnstagram-da ən populyar liderlər arasında
Prezident İlham Əliyev İnstagram-da ən populyar post-sovet məkanı liderləri arasında.
 
Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, bu haqda hesabat Twiplomacy-nin illik araşdırması nəticəsində bəlli olub.

Bildirir ki, İnstagram sosial şəbəkəsində "Dünya liderləri”nin (World Leaders on Instagram) və BCW qlobal PR agentliyinin araşdırmalarının nəticələrinə görə, bu liderlər öz abunəçiləri ilə fəal əməkdaşlıq edirlər, dünya liderləri, dövlət və beynəlxalq təşkilatlarla ünsiyyət qururlar.

Araşdırma zamanı əsasən İnstagramda 426 abunəçinin, o cümlədən Azərbaycan Prezidentinin və Azərbaycanın xarici işlər nazirliyinin aktivliyi analiz edilib.

Hesabatın analizi göstərir ki, postsovet məkanında beşliyə daxil olan dövlət liderlərindən Rusiyanın baş naziri Dmitri Medvedevin 2 milyon 914 min 474, Özbəkistan prezidenti Şavkat Mirzizoyevin 831 min 692, Azərbaycan Prezidenti İlham Əliyevin 236 min 749, Ukrayna prezidenti Petr Poroşenkonun 123 min 649, Qazaxıstanın baş naziri Baxıtjan Saqintayevin isə 77 min 923 nəfər abunəçisi var.
Dünya məkanında Hindistanın baş naziri Narenda Modinin -14 milyon 810 min 584, İndoneziya prezidenti Coko Vidodonun – 12 milyon 258 min 141 və ABŞ prezidenti Donald Trampın -10 milyon 88 min 28 abunəçisi qeydə alınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk onluqda yer alıb və 4 milyon 351 min 238 abunəçi ilə 6-cı yeri tutub.

Hesabata görə, son 12 ay ərzində Azərbaycan Prezidentinin hesabına 142 yazı daxil olub, onlardan 139-u foto, 3-ü isə video ilə birgə yerləşdirilib. Ümumilikdə isə bu yazılar 1 milyon 38 min 135 layk və 2 min 859 şərh toplaya bilib. Hesabın auditoriyası 12 ay ərzində 65 min 420 nəfər artaraq 236 min 749 abunəçiyə qədər qalxıb. Bu isə 38.18 faiz artım deməkdir.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...