İlham Əliyev iki zavodun açılışını etdi - FOTOLAR

İlham Əliyev iki zavodun açılışını etdi -  FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına zavodun fəaliyyəti haqqında məlumat verib. İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.

Sonra prezident “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşüb. Azərbaycan Prezidenti zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.

***

İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.

Dövlət başçısına maye qazları kükürdlü birləşmələrdən təmizləyəcək yeni qurğu barədə də məlumat verildi. İllik layihə gücü 87.600 ton olan qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq.

İlham Əliyev zavodun kollektivi ilə görüşdü. Daha sonra Prezident butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə saldı


OXŞAR XƏBƏRLƏR

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...