İlham Əliyev iki türk həmkarıyla görüşəcək - Aşqabadda
10:23 / 17.07.2017
1079
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonuna kimi Aşqabadda görüş keçirəcəklər.
Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə açıqlama yayan Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu görüşdən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşəcəyini bildirib.
Nazirlər prezidentlərin görüşündə müzakirə olunacaq məsələləri geniş formada nəzərdən keçirəcəklər.
Sfera.az