İlham Əliyev Hollivud aktyoru ilə görüşdü

İlham Əliyev Hollivud aktyoru ilə görüşdü

Prezident İlham Əliyev dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib. 

 Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Stiven Siqal ölkəmizdə gördüklərinin onda dərin təəssürat yaratdığını deyib. Stiven Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının və bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını bildirib. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq, ümumiyyətlə, Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd edib.  

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlət başçısı birinci Avropa Oyunlarının ölkəmiz və eləcə də Avropa üçün tarixi hadisə olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirməklə əslində Avropa Oyunlarının standartlarını müəyyən etdi. Dövlətimizin başçısı ölkəmizin artıq müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən mühüm idman yarışlarının keçirildiyi bir məkana çevrildiyini vurğulayıb.

 Görüşdə son illər Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən mədəniyyət və idman sahələrində əldə edilən uğurlardan danışılıb.

 AzerTac

Aysel


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...