İlham Əliyev Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü barədə danışdı

İlham Əliyev Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü barədə danışdı
Azərbaycan Prezidenti İlham Əliyev "Putin” filmi üçün jurnalist Andrey Kondraşova verdiyi müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və bu prosesdə Rusiya prezidenti Vladimir Putinin rolu barədə danışıb.

Sfera.az bildirir ki, İlham Əliyev bununla bağlı deyib: "V.Putin hakimiyyətə gəldikdən sonra Azərbaycan-Rusiya münasibətləri köklü şəkildə dəyişdi. Atamın – Heydər Əliyevin Rusiya lideri ilə ilk görüşü barədə xüsusi xatirələrim var”.

Həmin vaxt Heydər Əliyev Azərbaycan Prezidenti postunda idi. İ.Əliyev xatırlayır ki, görüş çox uzun çəkmişdi və ondan sonra "atam Rusiya prezidentinin buraxdığı təəssürat haqqında ətraflı danışırdı”.

"Əlbəttə, onları çox şey birləşdirirdi. Onlar eyni məktəbdə – DTK-nın Leninqraddakı Ali Məktəbində təhsil almışdılar, həmkar idilər. Onlar bir-birlərini çox yaxşı anlayırdılar və münasibətlərini etimad üzərində qurmuşdular”, - Azərbaycanın dövlət başçısı qeyd edib.

İ.Əliyev onu da əlavə edib ki, atasının fikrincə, "Putinin timsalında Azərbaycan etibarlı tərəfdaş əldə edib”.(Virtualaz.org)
 


OXŞAR XƏBƏRLƏR