İlham Əliyev: \"Cənub Qaz Dəhlizi yeni enerji damarıdır\"

İlham Əliyev: \
"Biz sözün əsl mənasında enerji mənbələrinin şaxələndirilməsini həyata keçiririk. Cənub Qaz Dəhlizi yeni enerji damarıdır".

Sfera.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.  
 
Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: "Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür".
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir: "Son 15 ildə ümumi daxili məhsul 3 dəfə artıb. Azərbaycanda xarici dövlət borcu aşağı səviyyədədir, ÜDM-in 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur. Azərbaycan yoxsulluq, işsizlik 5 faiz səviyyəsindədir. Bu, göstərir ki, neft insan kapitalına çevrilib. Bizim siyasətimiz neft-qaz gəlirlərini bərabər, ədalətli şəkildə bölmək olub. Ümumdünya Davos Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkənin neft-qaz resursları bizdən dəfələrlə çoxdur, ancaq fərqli durumdadır".
 
Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür: "Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram".(APA)

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...