İlham Əliyev: Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik

İlham Əliyev: Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik
Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik etmək istərdim. Mənə çox xoşdur ki, Siz bu əlamətdar hadisədən az sonra bizim ölkəmizə səfər etmisiniz. Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşdə deyib:

"Həmçinin Sizə demək istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşırlar. Sizi Azərbaycanda tanıyırlar. Siz ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizə dərin hörmət bəsləyirlər. Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən bizim ölkəmizdə çox yüksək qiymətləndirilir.

Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik. Əlbəttə, bir daha qeyd etmək istərdim ki, Sizin bütün fəaliyyətiniz öz xalqınıza xidmət işinə yönəlib. Həmçinin qeyd etmək istərdim ki, Sizin sözləriniz, dərin biliklərə, prinsipial mövqeyə əsaslanan müdrik sözləriniz gənclərin ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz”.

OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...