İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
 
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Reuven Rivlinə başsağlığı verib.
Məlumata görə, başsağlığında deyilir: "İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


OXŞAR XƏBƏRLƏR