Cəmİyyət

İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sfera.az xəbər verir ki, fərmanda deyilir:

"1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə "prosesində” sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546) ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə "və” sözü ", tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.”;

2.3. 2.12-ci bəndə "obyektlərin,” sözündən sonra "habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin,” sözləri əlavə edilsin və həmin bənddə "tikintisi üçün” sözləri "tikintisinə başlamaq üçün” sözləri ilə əvəz edilsin;

2.4. 2.14-cü bəndə "qeydlər aparılmaqla” sözlərindən sonra "(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;

2.5. 2.16-cı bəndə "qeydlər aparmaqla” sözlərindən sonra "(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, "(podratçıdan)” sözündən sonra isə "yazılı şəkildə” sözləri əlavə edilsin;

2.6. 2.19-cu bəndin birinci cümləsinə "qeydlər aparılmaqla” sözlərindən sonra "(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, "(podratçıdan)” sözündən sonra isə "yazılı şəkildə” sözləri əlavə edilsin;

2.7. 3.1.2-ci yarımbənddən "və xüsusi nişanın” sözləri çıxarılsın;

2.8. həmin Qaydalara əlavə "Tikintidə dövlət nəzarəti jurnalı”nda "Qeydlər”in 1-ci hissəsində "və” sözü ", tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli, "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli fərmanlarında, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"1. "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1124; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 5.1.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.7-ci yarımbənd əlavə edilsin:

"5.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.

2. "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 690) 5.1.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.7-ci yarımbənd əlavə edilsin:

"5.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.

3. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.1.8-ci yarımbəndə "müstəqil” sözündən əvvəl "Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.2.19-1-ci yarımbənd əlavə edilsin:

"8.2.19-1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanması haqqında qərar qəbul edilməsi üçün Agentliyə müraciət edir;”.

4. "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 848; 2016, № 2 (II kitab), maddə 346) 3.2.7-ci yarımbəndinə "müstəqil” sözündən əvvəl "Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin.

5. "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1864) 6.1.7-ci yarımbəndində "iyirmi beş” sözləri "əlli” sözü ilə əvəz edilsin”.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031