“İlanı yuvadan çıxarar” - Tolikin qadınlarla bağlı dedikləri qalmaqal yaratdı

“İlanı yuvadan çıxarar” - Tolikin qadınlarla bağlı dedikləri qalmaqal yaratdı

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) efirdə qadına şiddəti təbliğ edib. 

SFera.az xəbər verir ki, aparıcı "Hər şey daxil" verilişinin canlı yayımında qadınların döyülməsini normal adlandırıb. O, ərinin qırmancla döydüyü üç uşaq anasının  evdən qaçıb efirə çıxmasını pis nümunə kimi göstərib:

"Xoşqədəm xanımın verilişinə baxdım. Evindən qaçan o üç uşaqlı gəlinə həm haqq qazandırıram, həm də yox. Guya mənim atam anamı döyməyib? Guya sizin atanız ananızı heç vurmayıb? Hamı qanundan danışır ki, qadını vurmazlar. Əgər qanun hamı üçün eynidirsə, necə olur ki, qadınlar əsgər gedib ölməməlidir, amma mən əsgər gedib ölməliyəm.

Üç uşaq doğub, amma ərinin bir şilləsinə dözməyib, qaçıb gəlib efirə ki, "ay aman qoymayın”. Bura açıq vağzal deyil! Ər bir şillə vuran kimi gəlirlər ki, "ay aman ərim məni döydü”. Ərin səni döydü, qayınananın, qayınatanın, qohumlarının yanına get. Get polisə şikayət et. Amma ictimailəşdirmək el içində rüsvay olmaqdır. Bu dil ilanı yuvadan çıxarar. Səbr Allahın 101 adından biridir, səbr edin".

Efirdə bubu deyən Tolik fikirlərini sosial şəbəkədə də bölüşüb:

"Bir şilləyə dözməyən qadına baxın. 12 ildir xəstə həyat yoldaşına baxan qadına baxın. Ondan uşaq da doğmaq istəyir. Amma 3 uşağı var, əri içir, döyür o da qaçır gəlir televiziyaya ki, yaşaya bilmirəm. Bəs başqaları nə etsin? Məncə, ailə dağıtmaq lazım deyil. Qız gedib evində otursun, ərinin çörəyini yesin!”

Onun bu fikirləri izləyicilərin etirazına səbəb olub. 

İzləyicilər Tolikə "Bu Tolik lap elə danışdı ki, arvad döyən kişilərin tərəfindədir. Bala, eşşəyi döyərlər, insanı yox”,  "Düz demirsiniz, olmaz efirdə belə fikirlər səsləndirmək”, "Ayıb olsun sizə!” kimi rəylər yazıblar. (yeni sabah)

 



OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...