İlan ovçusu ilə pitonun qanlı qarşıdurması – ANBAAN VİDEO

İlan ovçusu ilə pitonun qanlı qarşıdurması – ANBAAN VİDEO
 İlan ovçusu Mayk Kimmelin çəkisi təqribən 70 kq olan beş metrlik ilanla qanlı döyüşü barədə kadrlar hər kəsə həyəcan dolu anlar yaşadıb.

Sfera.az xəbər verir ki, video Florida ştatının Everqleyds regionunda qeydə alınıb.

"O, döyüşsüz təslim olmaq istəmirdi. Əvvəlcə otlara görə onun boyunu görə bilmirdim. Ancaq qarşımda nəhəng ilanın olduğu aydın idi. Bilirdim ki, ən asan və təhlükəsiz yol ona başından hücum etmək idi. Lakin onun quyruğundan tutmaq və iblisin özü ilə rəqs etmək cazibəsindən özümü saxlaya bilmədim”, - deyə ovçu bildirib.

Qarşıdurma zamanı ilan Kimmeli dişləyib:

"Cəmi bir dəfə oldu, amma bu kifayət elədi. Dişləri qoluma çox dərin sancılmışdı, arteriyam dəlindi və sinirlərə toxundu. Xoşbəxtlikdən əlimi sıxmamışdı və mən çıxa bildim. Bir litr qan itirsəm də, ilanı ram edə bildim”.
 
Bundan sonra o, ilanları saldığı torba ilə yarasını bağlayıb və qanaxmanı dayandırıb. Sonra isə ilanı qayığa kimi sürüyüb.

"Onu yuxu dərmanı vurmadan daşımaq üçün kifayət qədər iri torbam yox idi”, - deyə o, bildirib.
 


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...