“İkinci Qəzzafi”nin ordusu sürətlə paytaxta yaxınlaşır

“İkinci Qəzzafi”nin ordusu sürətlə paytaxta yaxınlaşır
Liviyada bir neçə ildir Benqazi şəhərini və ətrafını nəzarətdə saxlayan feldmarşal Xəıif Haftarın komandanlıq etdiyi "Liviya Milli Ordusu” paytaxt Tripolini tutmaq üçün sürətlə irəliləyir.

Feldmarşal Haftarın ordusunun Tripoliyə dünən başlayan hücumunun nəticəsində artıq paytaxtdan 80 kilometr cnubdakı strateji əhəmiyyətli Qaryan şəhəri ələ keçirilib.

Haftarın ordusu Tripolini mühasirəyə almaq üçün cənubdan və qərbdən irəliləyir. Feldmarşalın qoşunları Qaryanı tutduqdan sonra daha 20 kilometr irəliləyiblər və Tripolidən 60 kilometr məsafədə gecə istirahəti üçün dayanıblar. Bu gün səhər saatlarından etibarən hücum əməliyyatları davam edir. Eyni zamanda paytaxt Tripolidə BMT-nin tanıdığı qanuni hökumətin müdafiəsi üçün xalq özünümüdafiə dəstələri yaradılır.

Qaryan Tripoliyə gedən yolun üzərində, sahilyanı düzənliyin  başlanğıcında mühüm əhəmiyyət daşıyan şəhərdir. Əgər Haftarın ordusunun hücumu ləngisə yaraqlılar bu şəhərdə möhkəmlənə və yendən qruplaşa bilərlər.

2014-cü ildə Haftar Qəzzafinin ordusunun qalıqlarını toplayıb və 2017-ci ildə ölkənin şərqindəki Benqazi şəhərini tutub. Bundan sonra zəngin neft yataqlarını ələ keçirib. Tərəfdarları onu "yeni Müəmmar Qəzzafi” kimi görürlər. Haftar Misirdən və Birləşmiş Ərəb Əmirliklərindən dəstək alır. Bu ölkələr radikal islamçılara qarşı Xaftarı əsas dayaq kimi görürlər.

Bu gün BMT Təhlükəsizlik Şurası Liviyada yaranmış vəziyyətlə bağlı təcili iclasa toplaşacaq. İclası Böyük Britaniya çağırıb. Habelə Baş katib Antonio Qutteriş Liviyada şəxsən Haftarla görüşməyə hazırlaşır.

Liviyada baş verənlərin və Xaftarın Tripoliyə hücumunun arxasında Rusiyanın əlinin olduğu ehtimalları da var. Feldmarşal Haftar 2017-ci ildə Aralıq dənizindəki Rusiya hərbi gəmisinin göyərtəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşmüşdü. 2018-ci ilin noyabrında isə Haftar Moskvaya gəlib və Şoyqu ilə danışıqlar aparıb. Bu görüşdən yayılan rəsmi videoda jurnalistlər "Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojini görmüşdülər. O, "Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətinin sahibi kimi tanınır. Bu ilin martında Britaniya KİV-ləri "Vaqnerin ordusu”nun Haftarın qüvvələrinin tərəfində döyüşdüyü haqda yazmışdı. Bildirilirdi ki, Rusiya Liviyaya yüzlərlə muzdlu göndərib.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...