İki rayona yeni rəis TƏYİN EDİLDİ
19:22 / 17.05.2022
7178
Azərbaycanın iki rayonunun Dövlət Yol Polisi Bölməsinə yeni təyinatlar olub.
Əmrlərə əsasən, polis kapitanı Samir Quliyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, Mirxəyal Hüseynov isə Lənkəran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifələrinə təyinat alıblar.
Qeyd edək ki bir neçə gün əvvəl Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib./Lent.az/
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Qeyd edək ki bir neçə gün əvvəl Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib./Lent.az/