Buraxılış imtahanlarında hans tapşırıqlar olacaq? (AÇIQLAMA)

Buraxılış imtahanlarında hans tapşırıqlar olacaq? (AÇIQLAMA)
 2019-cu ildə XI sinif şagirdləri yeni tipli buraxılış imtahanı verəcək.

 APA-nın qərb bürosunun xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, yeni imtahan modeli 2019-cu ilin məzunlarına tanış olacaq, çünki onlar IX sinifdə eyni formada buraxılış imtahanı veriblər: "XI sinfi bitirən zaman onlara buraxılış imtahanlarında açıq tipli suallar, mətn üzərində iş, riyaziyyatdan situasiyaya aid olan məsələlər və fənlər üzrə müvafiq tapşırıqlar təqdim olunacaq.  Buraxılış imtahanının nəticəsi qiymətləndirilən zaman hər bir fəndən 100 bal toplamaq mümkün olacaq. Burada toplanan maksimal 300 bal onların ilk balları olacaq və sonradan ali məktəblərə qəbul imtahanı müsabiqəsində istifadə ediləcək”.

M.Abbaszadə qeyd edib ki, yeni imtahan modelində hansı növ tapşırıqların olacağı, qiymətləndirilmənin necə keçiriləcəyi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar var. Şura sədri qeyd edib ki, bu il həm XI, həm də X siniflər üçün sınaq imtahanları keçiriləcək: "Hər il XI sinif üçün sınaq imtahanı keçiriləndə onların 30%-i X sinfin şagirdləri olur və bir il əvvəldən özlərini sınamaq üçün gəlirdilər. Bu il X sinif şagirdləri üçün ayrıca sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı zamanı X sinif proqramı çərçivəsində yeni növ tapşırıqların olması nəzərdə tutulur. Bununla da onlar təxminən gələcək imtahanın formatı, tapşırıqların forması ilə tanış olacaqlar”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...