İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər - \"Şeytan kimi doğuldu\"

İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər - \
 Hindistanın Pindşara şəhərinin yaxınlığında 22 yaşlı Kuli Bai adlı qadının körpəsi dünyaya gəlib. Ancaq körpə başqalarından çox fərqli idi. Körpə dünyaya dörd ayaq, üç əl və iki cinsi orqanla gəlib. Doğduğu uşağı görən qadın və ətrafındakılar şoka düşüblər. Bundan sonrası isə daha qorxunc...



Həkimlərin dediyinə görə, körpə "parazit əkiz" kimi dünyaya gəlib. Parazit əkizlərdə əkizlərdən birinin digər əkizdə yaşaması davam edir. Əkizlərdən biri həyatını normal qaydada davam etdirərkən, ikincisi getdikcə zəifləyir.

Körpəni ilk dəfə gördüyündə valideynləri gözlərinə inanmayıblar. Ananın valideynləri mühafizəkardır və körpənin şeytani qüvvəyə malik olduğunu düşünüblər. Məlumata görə, ana və ailəsi uşağı diri-diri quyuya atmaq istəyib. Hadisə barədə məlumat Dr. Matra Chhaya Xəstəxanasında çalışan Bharat Pal Dandaya da çatıb.

Həkim "Ananın ailəsinin körpəni diri-diri quyuya atmaq istədiyini eşidəndə şok oldum. Onlara görə uşaq şeytanla əlaqəli idi. Kömək etməliyəm" deyib. Həkim körpə və ananı xəstəxanaya gətirmək üçün təcili yardım göndərib. Körpənin vəziyyəti çox kritik idi və dərhal əməliyyat olunmalı idi.

 



Uşaq dərhal yaxınlıqdakı başqa bir xəstəxanaya köçürülüb. Əməliyyat üçün dörd cərrah lazım idi. Əməliyyatdan sonra körpənin artıq orqanları müvəffəqiyyətlə çıxarılıb.

Əməliyyatda olan başqa bir cərrah Parveen Mathur "Körpənin sağ qalmağı üçün bəzi orqanlarını çıxardıq. Vəziyyəti indi yaxşıdır. Bir neçə həftə nəzarət altında saxlayacağıq" deyib. Cərrahlar bu cür hadisəylə ilk dəfə qarşılaşdıqları deyiblər. 

///mili.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...