İftarda bunları ƏSLA ETMƏYİN! - 7 VACİB TÖVSİYƏ

İftarda bunları ƏSLA ETMƏYİN! - 7 VACİB TÖVSİYƏ
Sağlam qidalanma üzrə türkiyəli mütəxəssislər vətəndaşları Ramazan ayında düzgün qidalanma barədə xəbərdarlıq edib.

Sfera.Az xəbər verir ki, ekspertlər iftarda xəmir yeməklərini çox isti halda yeməməyi və orucu buz kimi su ilə açmamağı məsləhət görüb.

Çörəyi və xəmir yeməklərini çox isti yeməyin

Ekspertlərə görə, çörəyi isti yemək qida borusu və ağzı qıcıqlandırır, həmçinin mədə pozğunluğuna səbəb olur. Bağırsaq hərəkətlərini yavaşladır və nəticədə qəbizliyə səbəb olur. Odur ki, çörəyi mümkün qədər az və çox isti halda yeməməyə çalışın.

Sürətlə yeməyin, şorba və çayı qaynar içməyin

Orucu açanda bir çox şəxs aclığın təsiri ilə sürətlə yeməyə başlayır. Əgər siz də belə yeyirsinizsə, bu vərdişi tərgidin. Çünki çay və şorbaları qaynar içmək qida borusu və ağız içi xərçənginin yaranması ehtimalını artırır.

Orucu buz kimi suyla açmayın

Bütün gün ac qaldıqda axşama yaxın istər-istəməz boğazımız quruyur. Bu zaman ürəyimiz buz kimi su istəyə bilər. Lakin ekspertlər hesab edir ki, orucu buz kimi su ilə açmaq toxuma hüceyrələrində pozğunluq meydana gətirir və bədən müqavimətini zəiflədir.

Qəhvə və qara çayı azaldın

Yadda saxlayın ki, qəhvə və çay orqanizmin ehtiyacı olduğu suyu qarşılamır. Çay və qəhvə ürəkdə döyüntü riskini artırır və suyu əvəz etmir. Odur ki, imsakda və iftarda suya üstünlük verin.

İftarı iki mərhələyə bölün

Orucu açdıqdan sonra bədəni birdən çox yeməklə yükləməyin. Bunun əvəzinə iftarı iki mərhələyə bölün. Su və xurma ilə orucu açdıqdan sonra şorba kimi yüngül xörəklərə üstünlük verin. Bir müddət sonra əsas yeməklərə yönəlin.

İmsaka mütləq durun

Ramazan ayında imsakda durmaq çətin olsa da, oyanın və imsakda bərəkət olduğunu unutmayın. İmsakda dursanız, gün ərzində həm enerjili, həm də gümrah olacaqsınız.

Ac qarına məşq etməyin

Ac qarına idman etmək qanda şəkərin miqdarını aşağı salır. Bu səbəbdən məşq etmək üçün iftar sonrasını gözləməlisiniz. İftardan sonra templi yürüşə çıxa və ya məşq edə bilərsiniz. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...