İdxal avtomobilinin bahalaşması yerli maşınlara tələbi artıracaqmı?-ekspert rəyi

İdxal avtomobilinin bahalaşması yerli maşınlara tələbi artıracaqmı?-ekspert rəyi

"İdxal avtomobillərinin qiymətində baş verən bahalaşma insanları məhz yerli istehsal maşınlarını almağa meylləndirə bilər. Ancaq bir şərtlə ki, yerli nəqliyyat vasitələri keyfiyyət göstəricisinə cavab versin”

 

Sfera.az-a açıqlamasında bu sözləri cari ilin əvvəlində Azərbaycanda idxal olunan avtomobillərin qiymətində baş verən kəskin bahalaşma fonunda, yerli nəqliyyat vasitələrinə tələbin artıb, artmayacağına münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib: 

 

"Yanvarın 1-dən tətbiq olunan yeni rüsumlar, ondan bir qədər əvvəl isə aksiz vergilərinin tətbiq edilməsi şübhəsiz ki, ölkəyə idxal olunan avtomobillərin qiymətinin kəskin artmasına gətirib çıxarır. Nəticə etibarı ilə yerli bazarda satışa çıxarılan ikinci əl avtomobillərin də qiymətində təbii ki, bahalaşma baş verir. Bu qiymət artımı fonunda isə istehsalçılar təbii ki, daha optimal yollar axtarmağa çalışır. Bu optimal yollardan biri də yerli maşınqayırma sənayesinin istehsal etdiyi avtomobillərin alınmasıdır. Çünki daha yeni avtomobil almaq istəyən insan çox da məsrəfə getmədən bu istəyini yalnız daxili zavodlarda istehsal edilən minik vasitəsini almaqla həyata keçirə bilər. Nəinki ondan iki dəfə baha, amma istehsal ili çox olan xarici avtomobili almaq. Sözsüz ki, kəskin qiymət fərqi məhz bu kimi qərarlar verməyə səbəb  ola bilər. Amma bu addımın atılmasına stimul yaratmaq üçün başqa bir şərt də vacib məsələdir. Yerli istehsallı avtomobillər keyfiyyət baxımından rəqabətə dözümlü olmalıdır. Bu rəqabətə dözümlü olmadıqda, bir neçə ildən sonra yerli avtomobilin keyfiyyətində nasazlıq yarandıqda, təbii ki, insanlar daha artıq vəsait ödəməklə istehsal ili çox olan xarici avtomobili almağa üstünlük verə bilər. Ən azından bu gün bazarda ikinci əl avtomobillərin sayı da kifayət qədərdir. Məsələn, 2000-ci il istehsalı olan "Mersedes”i almağa daha çox üstünlük verərlər, nəinki 2018-ci ildə yerli zavodda istehsal olunan, ancaq keyfiyyət göstəricisi axsayan avtomobili almağa. Baxmayaraq ki, istehsal tarixi arasında fərq olduqca böyükdür, 18 il. Məhz keyfiyyət, komfortluq məsələsinə xüsusi diqqət ayırmalıyıq. Bu prosesdə idxal olunan avtomobillərdən heç də geri qalmamalıyıq”. 

 

Ekspert bu fonda yerli avtomobil istehsalçıları üçün müəyyən güzəştlər sisteminin tətbiqini də vacib bildi:

 

"Yerli avtomobil istehsalçıları üçün xüsusi güzəşt sistemləri tətbiq olunarsa, bu amilin özü də alıcını indiki halda daxildə istehsal edilən nəqliyyat vasitəsini almağa meylləndirəcək. Yəni bir çox məsələlər var ki, onların həlli indiki situasiyada yerli avtomobil istehsalının canlanmasına stimul yarada bilər. İstənilən halda avtomobil istehsal edən yerli zavodlar istehsalı artırmaq üçün idxal edilən avtomobillərin qiymətinin bahalaşmasını gözləməli, öz missiyalarını bununla tənzimləməli deyillər. Heç bunu gözləmədən belə keyfiyyət üzərində çalışmalı, böyük vəsaitlərə ehtiyac olsa da, ilk növbədə avtomobilin keyfiyyəti məsələsinə diqqət ayırmalıdırlar”.

 

Qeyd edək ki, cari ilin ilk günündən ölkəyə idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb. Rüsumların artırılması isə bazarda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Nəticədə bütün avtomobillərdə bahalaşma baş verib. Yeni avtomobillərin qiymətində hardasa 3 dəfəyə qədər, ikinci əl avtomobillərdə isə 15 faiz və daha artıq bahalaşma baş verib. Bu fonda bir sıra mütəxəssislər düşünür ki, artıq yerli avtomobil istehsalının geniş yayılması üçün əlverişli imkan yaranıb.

 

ELÇİN

 

 


OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...