İdmançımız ermənini nakauta saldı - FOTO

İdmançımız ermənini nakauta saldı - FOTO

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

Sfera.az missiya.az-a istinadən xəbər verir ki, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nakauta salaraq qələbə qazanıb.

Qeyd edək ki, "A1 World Combat Cup"un təşkilatıçılığı ilə keçirilən yarış dünyada "Səkkizlik" adı ilə də məşhurdur.

Bu, birinci dəfə deyil ki, X.Əhmədov erməni döyüşçü üzərində qələbə qazanır. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nakautla məğlubiyyətə uğratmşdı.


OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...