İdmançımız Avropa üçüncüsü oldu

İdmançımız Avropa üçüncüsü oldu

Yeniyetmələrdən ibarət karate üzrə Azərbaycan milli komandasının üzvü Müseyib Məmmədov

(42 kq) Avropa üçüncüsü olub.

Goal.az xəbər verir ki, 5 döyüş keçirən perspektivli idmançı bolqarıstanlı, xorvatiyalı və ukraynalı 

rəqiblərinə qalib gəlsə də yarımfinalda daha təcrübəli fransız rəqibinə məğlub olub. Üçüncü yer

 uğrunda görüşdə isə o, Macarıstan təmsilçisindən üstün olaraq bürünc medala sahib olub.

Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında Avropa çempionatının ilk günü tatamiyə

 çıxan digər 5 idmançımız isə mükafatçılar sırasına düşə bilməyib.


OXŞAR XƏBƏRLƏR