Bakıda Dünya kuboku bu gün BAŞA ÇATIR
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokuna bu gün yekun vurulacaq. Sfera.az xəbər verir ki, üç gündür davam edən yarışların final mərhələsində gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayırlar. Artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya kubokuna 42 ölkədən ən istedadlı gimnastlar