İdman zalının seyfindən pul oğurlayan şəxs tutuldu

İdman zalının seyfindən pul oğurlayan şəxs tutuldu
İdman zalının seyfindən oğurluq edən Quba sakininin digər cinayət əməlinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, mayın 14-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki "Quba Taekvando” idman zalından seyfdə olan 900 manat pulun ogurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon sakini Qalib Əlibəyov olduğu məlum olub.

Saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən onun digər rayon sakininin 100 manatını oğurlaması da müəyyən edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...