Texnologİya

IDC: Azərbaycanda server bazarı 27% artıb

IDC: Azərbaycanda server bazarı 27% artıb
 

Ötən il ərzində Azərbaycanın server bazarının həcmi əvvəlki illə müqayisədə 27,1% artıb.

Bunu "APA-Economics”ə IDC (International Data Corporation) beynəlxalq tədqiqat və konsaltinq şirkətinin vitse-prezidenti və regional direktoru Robert Fariş deyib.

Onun sözlərinə görə, həmçinin ölkə üzrə ötən il 20,3%-lik artım noutbuk bazarında müşahidə olunub. 

 

"Hesab edirik ki, bu bazarlar cari ildə də müvafiq olaraq 20% və 13%-lik artım tempi nümayiş etdirəcək. Azərbaycan server və fərdi kompüterlər bazarları üzrə MDB məkanında Rusiya, Ukrayna və Qazaxıstandan sonra ən böyük bazar sayılır”, - deyə R. Fariş qeyd edib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031