“İcra hakimiyyətləri ləğv olunsun” – EKSPERT YERLİ İDARƏÇİLİKDƏ YENİ MODEL TƏKLİF EDİR

“İcra hakimiyyətləri ləğv olunsun” – EKSPERT YERLİ İDARƏÇİLİKDƏ YENİ MODEL TƏKLİF EDİR
 

"Mövcud idarəetmə sistemi müasir dövrün tələblərinə cavab vermir”


Sfera.az-a açıqlamasında bu sözləri keçmiş postsovet məkanının bir çox ölkələrində sovetdən qalma yerli icra hakimiyyəti orqanlarının ləğv edilməsi və yaxud səlahiyyətlərinin məhdudlaşdırılmasına münasibət bildirərkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev deyib.

Bu səbəbdən də həmsöhbətimiz yerli icra hakimiyyətlərilə vidalaşmağın vaxtının çatdığını düşünür:


"Müşahidə baxımından təbii ki, rayon icra hakimiyyətlərilə sovet dövründə mövcud olan rayon (şəhər) partiya komitəsi katibləri təqribən eyni funksiyanı icra edirlər. Rayon ərazisində baş verən demək olar ki, bütün prroseslər onların nəzarəti altındadır. Təbii ki, rayon icra hakimiyyətləri bu və ya digər formada keçmiş sovet dövründən qalma sistemi xatırladır. Yəni həmin sistem daha çox məhz sovet dövründəki sistemə uyğunlaşdırılıb. Əslində isə müasir dünyada idarəetmə daha çox əksmərkəzləşməyə meyllidir. Xüsusən də yerli hakimiyyət orqanlarının formalaşdırılması istiqamətinə daha çox önəm verilir. Bu isə bələdiyyələrə zəruri səlahiyyətlərin verilməsi və rayon səviyyəsindəki bütün proseslərin məhz yerli idarəetmə orqanlarında olmasını nəzərdə tutur”.

 

Dünya təcrübəsində yerli hakimiyyətin bələdiyyələrin əlində cəmlənməsinə diqqət çəkən ekspert bu sistemin ölkəmizdə tətbiqinin vacibliyi düşüncəsindədir:

"Hazırkı sistem ölkəmizdə sovetdən qalma sistemdir. Belə bir inzibati rayonlaşmanın özünün nə qədər məqsədəuyğunluğu göz önündə olmalıdır. Ölkəmizdə bu mənada yerli özünüidarəetmə orqanları yaradılacaqsa, düşünürəm ki, onun indiki inzibati rayonlaşma üzrə deyil, daha böyüdülmüş ərazilər üzrə yaradılması, yəni regional hakimiyyətlərin formalaşması önəmli məsələdir.Bu halda həm bələdiyyələrin büdcəsi, həm onların qərar qəbul etməkdə, yerli problemlərin həllində səlahiyyətlərinin artırılması məqsədəuyğundur. Rayon icra hakimiyyəti sistemi isə birbaşa Prezident Aparatına tabe olan, ona hesabat verən, tapşırıqlarını yerinə yetirən bir qurumdur. Xalq arasında da onlara "yerli padşahlar” kimi yanaşırlar. Çünki rayon səviyyəsində baş verən demək olar ki, bütün proseslərə məhz onlar nəzarət edir. Təbii ki, belə bir idarəetmə sistemi müasir dövrün tələblərinə uyğun deyil. Ona görə də onlarla vidalaşmağın zamanı yetişib”.

 

 

Qeyd edək ki, Azərbaycanda yerli səviyyədə sanki ikihakimiyyətlilik hökm sürür. Belə ki, ölkədə artıq 20 ildir yerli icra hakimiyyətlərilə yanaşı, özünüidarə orqanları olaraq seçilən bələdiyyələr də fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, yerlərdə əsas funksiyalar yenə də sovet dövrünün qalığı olan yerli icra hakimiyyətlərinin əlində qalmaqdadır. Halbuki qonşu ölkələr belə çoxdan həmin sovet qalığından xilas olublar.

Elçin


OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...