İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi - Siyahı

İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi - Siyahı
 

Ağdaş rayonunun bir qrup sakini prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Sfera.az-a daxil olan sakinlərin ərizəsində onlar icra başçısı Tofiq İbrahimovdan şikayət ediblər. Onlar başçının kəndlərdə torpaq sahələrini ələ keçirdiyini, örüş yerlərini zəbt olunduğunu bildiriblər. 

Sakinlər iddia edir ki, İbrahimovun Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdilimiş Londonda mülkləri, Türkiyədə otel, villaları və mənzillərə sahibdir. 

Sakinlər həmçinin su problemlərini də dilə gətirib. Onlar suvarma suyunun İcra başçısının şəxsi torpaqlarına verildiyindən digər sahələrin susuz qaldığından şikayətlənib. 

Sonda ağdaşlılar prezidentə müraciət edərək Tofiq İbrahimovun əməllərinin araşdırılıb onun barəsində ciddi tədbir görülməsini xahiş ediblər. 

Qeyd edək ki, şikayət ərizəsini Ağdaş rayonunun 14 sakini ünvanlayıb: 

1.Əliyev Fazil Sabir oğlu

2.Qarayev Vüqar Tələt oğlu

3.Bəxtiyarov Elşən Nemət oğlu

4.Quliyeva Bahar Nəsib qızı

5.Kamilov Böyükağa Bilal oğlu

6.Osmanova Gülna Kərəm qızı

7.Nəbiyev Solmaz Xəlil qızı

8.Babayeva Sevil Cümşüd qızı

9.Umudov Böyükxanım Məmməd qəzə

10.Əliyev Həsən Hüseyn oğlu

11.Adıgözəlov Nəriman Mirzə oğlu

12.İbrahimov Seyfi Tehran oğlu 

13. Əliyev Yaqub Məlik oğlu

14.Musayev Mirsəfa Niyazı oğlu


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...