İcra başçısının səhhəti ilə bağlı açıqlama qadağası

İcra başçısının səhhəti ilə bağlı açıqlama qadağası

 Binəqədi Rayon İcra Hakimiyyəti başçı Xaləddin İsgəndərovla bağlı saytlarda yazılan xəbərlərə heç bir münasibət bildirməyəcək.

Bu sözləri axar.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən başçı X.İsgəndərovun Almaniyaya müalicəyə getməsi və səhhəti ilə əlaqədar işə çıxmamasına münasibət bildirərkən deyiblər.

İcradan bildirilib ki, Xaləddin İsgəndərovla bağlı bu günlərdə yayılan heç bir məlumata cavab vermək istəmirlər və mediaya da bu barədə heç bir açıqlama verilməyəəcək.

Qeyd edək ki, "Yeni Müsavat”qəzeti Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Almaniyaya müalicəyə getdiyi ilə bağlı məlumat yaymışdı. Məlumatda X.İsgəndərovun illərdir baş ağrılarından əziyyət çəkdiyi və ildə 1 dəfə Almaniyada müalicə olunduğu bildirilmişdi.
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR