İcra başçısının müavini Elina olayından danışdı: \"O videonu mən çəkməmişəm...\"

İcra başçısının müavini Elina olayından danışdı: \

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.

Sfera.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:

"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".

Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib.   Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.

 

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...

Mbappenin qışqırığı davaya SƏBƏB OLDU: "Bu futboldur, məsələni..."

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan (4:1) sonra Kilian Mbappeyə görə PSJ və “Barselona” futbolçuları arasında qarşıdurma yaş...