İcra başçısı xidməti maşınında səsgücləndirici ilə əhaliyə çağırış etdi – Video
16:19 / 01.04.2020
5707
Azərbaycanda icra başçısı xidməti avtomobili ilə rayon ərazisində gəzərək mikrafonla əhaliyə müraciət edib.
Sfera.az xəbər verir ki, bu addımı Quba rayonunun icra başçısı Ziyəddin Əliyev atıb. O, şəhərin küçələrini, qəsəbələri gəzərək avtomobildən düşmədən və əhali ilə yaxın ünsiyyətdə olmadan müraciət səsləndirib:
"Əziz Qubalılar! Sizə müraciət edən rayonun icra başçısıdır. Xahiş edirəm koronavirusdan qorunmaq və yayılmasının qarşısını almaq üçün evdə qalın”.
Həmin görüntüləri təqdim edirik: