İcra başçısı və deputat İsmayıllı sakinlərinə müraciət etdi - MƏTN

İcra başçısı və deputat İsmayıllı sakinlərinə müraciət etdi - MƏTN

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslan koronavirus pandemiyasına qarşı mübarizədə daha məsuliyyətli olmaq məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin Facebookdakı rəsmi səhifəindən İsmayıllı ictimaiyyətinə müraciət ediblər.


Sfera.az İcra başçısı və millət vəkilinin "Sağlamlığımızı məsuliyyətimizlə qoruyaq!” başlıqlı müraciətini təqdim edir:

 

"Əziz ismayıllılar, xanımlar və cənablar!

Son günlər ölkəmizdə, eləcə də İsmayıllıda COVID-19 virusuna yoluxma hallarının artması müşahidə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejiminin yumşaldılması ictimaiyyət üzərində fərdi məsuliyyəti bir qədər də artırmış olur. Bir çox sahədə fəaliyyətin bərpa olunması və məhdudiyyətlərin azaldılması pandemiya təhlükəsinin aradan qaldırılması anlamına gəlməməlidir. Unutmayaq ki, hazırda karantin rejiminin zərurətdən irəli gələn yumşaldılmış mühitindəyik və bu, sosial məsuliyyət qaydalarına fərdi yanaşmaların bir qədər də təkmilləşdirilməsini zəruri edir.


Ölkə rəhbərliyinin koronavirusa qarşı mübarizə tədbirlərinə məsuliyyətlə yanaşılması, o cümlədən sosial izolyasiya şərtlərinə əməl olunması və profilaktik təlimatların diqqətlə izlənilməsi daha vacib hala gəlib.


Odur ki, hər birinizi bu çətin sınaq günlərində daha məsuliyyətli olmağa və dövlətçiliyimizin ətrafında daha sıx birləşməyə çağırırıq! Zərurət olmadıqda evlərinizi tərk etməmək, əhalinin sıx toplaşdığı yerlərdə maska, əlcək, spirt və digər gigiyenik vasitələrdən istifadə etmək, Operativ Qərargahın, Dünya Səhiyyə Təşkilatının tələb və qaydalarına daha diqqətlə əməl etmək tövsiyə olunur.

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...