İcra başçısı şəhid ailəsinə çatacaq mənzili vermir-ŞİKAYƏT
Saytımıza Bəşirova Rəna Bəxtiyar qızı tərəfindən şikayət məktubu daxil olub.Rəna xanım şəhid bacısıdır və onlara göstərilən laqeyd münasibətdən narazıdır.Qardaşı şəhid Bəşirov Şaiq Bəxtiyar oğlu 1974-cü ildə Sumqayıtda anadan olub.1993-cü ildə aprelin 3-ü Laçın rayonu Güləbird kəndində gedən döyüşlərdə şəhid olub. Atası Bəşirov Bəxtiyar, anası Bəşirova İntizar həmin ildən Sumqayıt şəhər İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən Evlər idarəsində ev növbəsinə dayanıblar. Şikayətçi olan şəhidin bacısı Bəşirova Rənanın dediyinə görə hər dəfə ev verməməyə səbəb göstəriblər ki,sizin qardaşınız subay şəhiddir.Hələ ki,evli şəhidlərin ailələrinə ev verilir.Valideyinlərim 18 il gözlədilər amma ev vermədilər. Şəhidin atası anası öldüsə deməli şəhid ailəsi də yoxdur.Amma o şəhidin atasına və anasına rəhmətə gedən günlərinə kimi şəhidin böyük qardaşı öz ailəsi ilə onlara qulluq etmişdir.İndi isə həmin qardaş kirayədə yaşayır.Şəhid qardaşımın ölüm xəbərini eşidən andan anamın stresdən nitqi tutulmuşdu.Rəhmətə gedənə kimi düz 17 il anam danışa bilmədi. Hal hazırda Şəhid qardaşımın adını daşıyan qardaşım oğlu Bəşirov Şaiq Famil oğlu da işsizdir.Belə qiymət qoyurlar Şəhid ailələrinə.Şəhidin adını daşıyan qardaşım oğlu da hərbi xidməti zamanı əsgərlər içindən seçilmiş və 26 iyun 2013cü ildə Milli Ordunun yaranmasının 95 illik yubileyində Hərbi paradda iştirak etmişdir.Bu Hərbi paradda iştirakına görə Qızıl ordenlə təltif olunmuşdur.
Azərbaycan Respublikası "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanununun 3-cü maddəsində aşağıda sadalanan imtiyazlar həyata keçirilməlidir:
- Qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
- Şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:
- Ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir;
- Valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir;
- İşçilərin sayı və yaştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;
- Mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası vəbeynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu sahə üzrə hüquqi normativ aktların olmasına, hökumətin şəhid ailələrinin sosial-iqtisadi problemlərinin həlli üçün davamlı addımlar atmasına baxmayaraq, zaman keçdikcə mövcud problemlər özünü daha qabarıq göstərir. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən qayğı əlbəttə ki, göstərilir, hər zaman dövlətin diqqət mərkəzində olan təbəqələrdən biri də məhz onlardır lakin yarıtmaz məmurlar bəzən bu qayğının həyata keçirilməsinə mane olurlar.Cənab Prezident İham Əliyev daima şəhid ailələrinə kömək məqsəd ilə çıxışlar edib sərəncamlar imzalayıb ancaq aidiyyatı qurumlar xüsusəndə icra başçıları buna məhəl qoymayaraq şəhid ailələrinə ayrılan pulları mənimsəməkdə davam edirlər.