İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur...”

İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur...”
 

"Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir”.

"Yeni Sabah” xəbər verir ki, bunu  Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov prezident İlham Əliyev bu gün Qaraçuxurda olarkən deyib. Prezidentin "Fasiləsiz?” sualına isə icra başçısı "Bəli, çox gözəldir” cavabı verib. "Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur”.

İ. Abbasov suyun qrafiklə, amma sıx qrafiklə verildiyini qeyd edib: "Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub”.

Qeyd edək ki, icra başçısının "rayonun hər bir yerində qaz, su, işıq problemi yoxdur” deməsi onun problemləri ört-bastır etməsidir. Belə ki, təxminən prezidentin Qaraçuxurda olduğu vaxtda Bakının Suraxanı rayonunda, Yeni Suraxanı qəsəbəsinin sakinləri su tələbi ilə aksiya keçirirdilər. 

ONA-nın yaydığı xəbərə görə, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlamışdı. Nəticədə yolda böyük tıxac yaranmış və polisin müdaxiləsindən sonra yol açılaraq avtomobillərin hərəkəti bərpa olunmuşdu. 

Yeni Suraxanı qəsəbəsində su probleminin olmasını "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təsdiq etmişdi.

İcra başçısının rayondakı su problemini dilə gətirməməsi, əksinə "hər şey çox gözəldir” deməsinin arxasında dayanan niyyətin nə olduğu aydın deyil...


OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...