İcra başçısı jurnalistləri saxta “Tissot”la təbrik edib - VİDEO

İcra başçısı jurnalistləri saxta “Tissot”la təbrik edib -  VİDEO

İcra hakimiyyətinin hədiyyə etdiyi saat Çində istehsal edilmiş saxta mal olub.

Milli Mətbuatın 140 illiyi ərəfəsində müxtəlif dövlət və özəl təşkilatlar sayıb-seçdikləri jurnalistlərə mükafatlar və hədiyyələr təqdim edirlər. Jurnalistləri hər il olduğu kimi bu ildə unutmayan təşkilatlardan biri Səbail Rayon İcra Hakimiyyətidir. Qurum bu il ənənəsinə sadiq qalaraq bir qrup jurnalistə Mətbuat Günü münasibətilə hədiyyələr təqdim edib. Verilən hədiyyələr arasında "Tissot” markalı saatlar da olub. Lakin sonradan bir əmma yaranıb. Səbail Rayon İcra Hakimiyyətinin jurnalistlərə hədiyyə etdiyi "Tissot” saatları saxta çıxıb.

 

Sfera.az anspress-ə istinadən xəbər verir ki, hədiyyəni alan həmkarlarımızdan birinin saatı dayandığından o, məntiqi olaraq "Tissot” saatlarının Azərbaycanda satışı ilə məşğul olan VMF şirkətinin mağazalarından birinə müraciət edib. Aldığı cavab isə onu xeyli məyus edib. İcra hakimiyyətinin hədiyyə etdiyi saat Çində istehsal edilmiş saxta mal olub. 

 

"Tissot” brend meneceri Vasif Nəsibov bildirib ki, son zamanlar belə hallar çoxalıb. O qeyd edib ki, I Avropa Oyunları ərəfəsi və ya ondan sonra da bir çox dövlət orqanları külli miqdarada original "Tissot” saatlarını sifarişi edib və sifarişlər heç bir gecikmə olmadan vaxtında öz yerlərinə çatdırılıb. Bundan əlavə saat sifariş edənlərə əlavə hədiyyələr də verilib.

 

Əslində belə bir hal digər alıcıların da başına gələ bilər. Buna görə də keyfiyyətli mal almaq istəyən şəxslər həmin brend mallarını satışı sahəsində ixtisaslaşan qurumlara müraciət etməlidirlər. Hər kəs dəyərli brendləri seçən zaman, həmin markaların ölkədəki rəsmi nümayəndəliklərinə müraciət etməlidir. 

 

Jurnalistlərə verilən hədiyyəyə gəldikdə isə əlbəttə ki, bəy verən atın dişinə baxmazlar. Amma bu at deyil saatdır. Jurnalistlər isə saatla vaxtlarını bölürlər. Bu arada vaxtını dəyərləndirən bütün həmkarlarımız, bayramınız mübarək. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...