Hadİsə

İçki məclisində qan düşdü - ürəyindən bıçaqladılar

İçki məclisində qan düşdü - ürəyindən bıçaqladılar
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Sfera.az baku.ws-ə istinadən verdiyi məlumata görə, insident zamanı 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldar oğlu ürəyindən bıçaqlanıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da yolda keçinib.

İlkin məlumatlara görə, hadisə Kür çayının yaxınlığında yerləşən kafelərdən birində baş verib.

Hadisəni Faxrəddin Məmmədov adlı şəxs törədib. Hazırda qətli törədən şəxsin istintaqa cəlb olunması istiqamətində Tovuz rayon Polis Şöbəsi tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930