İçdiyimiz sudur, yoxsa ölüm “şərbəti”- Araşdırma

İçdiyimiz sudur, yoxsa ölüm “şərbəti”- Araşdırma

Dahi Nizami Gəncəvi hələ XII əsrin sonunda suyun gözəlliyi və ziyanı haqqında yazırdı:

 

Bir inci saflığı varsa da suda, artıq iciləndə dərd verir su da  

 

Bu dəfə gün ərzində ən çox istifadə etdiyimiz suyun zərərini və mağazalarda satılan suyu kefiyyətini araşdıracayıq. Bu gün Azərbaycanda onlarla şirkət içməli suyun satışı ilə məşğuldur. Ancaq suyun kefiyyətini araşdırdıqda olduqca qorxulu mənzərə ortaya çıxır. Belə ki, ölkədə su istehsalı ilə məşğul olan firmalar daha ucuz və rahat yola əl atırlar. Əsasən Türkiyədən və Almaniyadan mini sutəmizləyici qurğular alan işbazlar  bu qurğularla elə kirayələdikləri mənzillərdə və yaxud öz həyətlərində küçələrdən topladıqları plastik su qablarına doldurub satışa çıxardırlar. Daha böyük şirkətlər isə daha ağıllı üsula əl atırlar. Böyük marketlərdə satılan suların böyük hissəsi müxtəlif iri şirkətlərin payına düşür. Satışa çıxarılan 5 litrlik suların ən ucuzu  1 manat, ən bahası isə  10 manata satılır. Eyni tərkibli suyun bu qədər fərqlə satılması olduqca  müəmmalı məqamlardan xəbər verir.”Unikal” MMC tərəfindən istehsal edilən "Aqua life" suyu Qax rayonun Qaxbaş kəndi ərazisində təbii bulaq suyundan, fiziki şəxs  Bədəlov Telman Murad oğlunun Abşeron rayonunun Zirə kəndi ərazisində artezan quyusundan götürdüyü "Dalğa” suyu istehsalçıya satır.

 

Bu gün marketlərdə qiymətinin ucuzluğuna görə ən çox satılan  bu suların tərkibi olduqca zərərli maddələrlə doludur. "Suyun tərkibində olan mikroblar insanın həyatı üçün çox təhlükəlidir”- bu fikir   ekspert Vaqif Seyidova məxsusdur. Sfera.az-a saytına açıqlamasında ekspert bildirib ki,  ölkədə satılan suların tərkibini bir neçə dəfə yoxlayıb. Yoxlamalar zamanı dəhşətli mənzərə yarandığını deyən ekspert həyəcan təbilinin calınmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə "Azərsu” tərəfindən evlərə verilən suyun tərkibi mağazalarda satılan suyun tərkibindən heç də pis deyil. Təmizlik baxımından deyil, suyun  tərkibindəki mineralların qorunması baxımından "Azərsu” tərəfindən evlərə verilən suyun tərkibi daha yaxşıdır.    Ekspert V. Seyidov  "Gədəbəy Mineral Suları” MMC-nin istehsal etdiyi "Slavyanka” suyu, "Vita 1000” nişanı altında  təbii mineral süfrə, qablaşdırılmış içməli və qazlı sular istehsal edən "Mineral Sular MMC” əslində müştərilərini aldadır. Ekspertin sözlərinə görə bu şirkətlər dağlardan gətirdiklərini iddia etdikləri suyu Bakıda doldururlar.

 

Ekspert Sfera.az-a açıqlamasında su satışı ilə məşğul olan şirkətlərin böyük hissəsinin bu suları elə Bakıda su təmizləyici qurğudan keçirdərək satışa çıxardığını deyir. V. Seyidov hesab edir ki, su təmizləyici qurğular əslində suyun tərkibindəki mineralları məhv edir. Həmçinin su təmizləyici qurğularda filtirlərin  dəyişdirililməməsi  qorxulu mikroelementlərin suyun tərkibinə qarışmasına səbəb olur. Vaqif Seyidov bildirir ki, yaxın zamanda bu sahə dövlət  nəzarətinə götürülməsə ciddi problemlərlə qarşı-qarşıya qala bilərik:

 

"Suyun tərkibində bir çox minerallar var. Su filtrlərindən keçən suda bu minerallar məhv olur. Bu minerallar yox olması isə onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Bir sözlə biz sağlamlığımız üçün su içdiyimizi düşünürük. Amma əslində bəzi sahibkarlar bizə ölüm şərbətini içirdirlər.”

 

İllər öncə su filtrləri olmayanda su daşlarından istifadə edilirdi. Daşdan süzülən su öz tərkibini saxlayır, heç bir fəsad vermirdi. Lakin illərdir ki, insanlar bu daşlardan imtina ediblər. Ekspertində dediyi kimi, su filtrlərindən istifadə ən ağır xəstəliklərin yaranmasına səbəb olur. Sağlamlığımızı qorumaq isə öz əlimizdədir.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...