Sağlıq

İçdiyimiz su bizi ölümə aparır? - Ekspert hansı tədbirlərin görülməli olduğunu açıqladı

İçdiyimiz su bizi ölümə aparır? - Ekspert hansı tədbirlərin görülməli olduğunu açıqladı
Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Bununla da 271 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub.

Bu gün ölkədə su təhlükəsizliyinin təmin olunması üçün müəyyən addımlar atılsa da, suyun keyfiyyət məsələsi prioritet problemlərdən biri hesab edilir. Bir neçə il öncə Sumqayıtda baş verən kütləvi zəhərlənmədən sonra da suyun keyfiyyət məsələsi əsas müzakirə predmetinə çevrildi. 

Maraqlıdır, hazırda durum necədir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında hazırda ölkəmizdə içməli suyun keyfiyyətinin qənaətbəxş olmadığını vurğulayıb:
 


"Bu gün bütün dünyada içməli su ehtiyyatları tükənmək üzrədir. Azərbaycanın da su ehtiyyatları qənaətbəxş səviyyədə deyil. Böyük Qafqazın suları ümumiyyətlə, standartlara cavab vermir. Kiçik Qafqaz sularının mineral tərkibi isə nisbətən daha yaxşıdır. Bu gün ölkəmiz su ehtiyyatını daha çox Kür və Araz hesabına ödəyir. İllər öncə Milli Aerokosmik Agentliyi tərəfindən təşkil olunan tədqiqatlar Kür çayında xeyli tullantıların olduğunu göstərib. Bu tullantıların əksəri Ermənistan ərazisindən daxil olub. Orada kimyəvi zavodların tullantıları Araz çayına axıdılır. Sovet dövründə Sabirabadın Talış adlanan kəndində bioloji süzgəclər qoyulmuşdu. Bu süzgəclər müəyyən zaman çərçivəsində dəyişilirdi ki, bu da Abşeron yarımadasını normal su ilə təmin etməyə imkan verirdi. İçməli su təhlükəsizliyi ərzaq təhlükəsizliyi qədər prioritet problemdir. Bir vəba epidemiyasını yaymaq üçün kiçik bir təxribat kifayətdir ki, kütləvi insan qırğını olsun”.

A.Qeybullanın sözlərinə görə, suyun tərkibi konkret olaraq gigiyenik normalara cavab verməlidir: 

"Su ehtiyyatlarını qorumaqla yanaşı onların gigiyenik tərkiblərinə nəzarət etməliyik. Ceyranbatan su hövzəsinə xüsusən diqqət ayrılmalıdır”. 

Ekspert bildirir ki, o halda irəliləyişdən danışmaq olar ki, evdə suyu açdıqda ordan təmiz, axar su gəlsin: 

"Suyun tərkibinin şəffaf olmaması, krantları sıradan çıxartması bizə suların təmizlənmə mexanizminin qənaətbəxş olmadığını göstərir. Bu səbəbdən yaxşı olar ki, əhali su sügzgəclərindən istifadə etsin”.
 
Nigar
Sfera.az
AdRiver
loading...

XƏBƏR LENTİ