İçdi, maşın qaçırdı, 2 adam, 4 maşın vurdu… - Bakıda

İçdi, maşın qaçırdı, 2 adam, 4 maşın vurdu… - Bakıda

Nəsimi rayonu ərazisindən qaçırılan "Mersedes” markalı avtomobilin axtarışını həyata keçirən 21-ci Polis Bölməsinin əməkdaşları maraqlı halla qarşılaşıblar.

Sfera.az xəbər verir ki, oktyabrın 5-də saat 2 radələrində DİN-in "102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus "Mersedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.

Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib. Onu idarə edən şəxs də saxlanılaraq Polis Bölməsinə gətirilib. Avtomobili oğurlayan şəxsin Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması məlum olub.

Faktı araşdıran polis əməkdaşları bundan sonra daha maraqlı halla qarşılaşıblar. Araşdırma zamanı məlum olub ki, V.Alməmmədov maşını oğurlayan zaman içkili olub. O, qaçırdığı avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış "KİA”, "Mersedes”, "Opel” və "Dacia” markalı 4 avtomobili əzib. Hələ bu azmış kimi, o, yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu da vurub.

Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...