“İbrahimoviçi gətirmək üçün hər şey edəcəyik”

“İbrahimoviçi gətirmək üçün hər şey edəcəyik”

Hazırda "Los Anceles Qalaksi" klubunda forma geyinən Zlatan İbrahimoviç İtaliyaya qayıda bilər.

Sfera.az goal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu A Seriyası təmsilçisi "Bolonya"da oynamaq istəyir. Bu barədə klubun idman direktoru Volter Sabatini yerli mətbuata açıqlamasında deyib:

"İbrahimoviç baş məşqçimiz Sinişa Mihayloviçlə yaxşı əlaqələrinə görə bizim komandaya gəlmək istəyir. Bu, mümkünsüz deyil. O da Mihayloviçə kömək etmək istəyir. İbrahimoviçi gətirmək üçün hər şey edəcəyik".

İtaliya mətbuatı "Bolonya"nın İbrahimoviçə 8 milyon avro qazanacağı 18 aylıq müqavilə təklif etdiyini iddia edir. 38 yaşlı hücumçu İtaliyada daha əvvəl "Yuventus", "İnter" və "Milan"da forma geyinib.

 

Qeyd edək ki, İbrahimoviçin "Los Anceles Qalaksi" ilə müqaviləsi bu ilin sonunda bitir.


OXŞAR XƏBƏRLƏR