Maqazİn

Hülya Avşar yenidən keçmiş əri ilə evlənir? - FOTO

Hülya Avşar yenidən keçmiş əri ilə evlənir? - FOTO

Məşhur müğənni-aktrisa Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu ilə yenidən evlənmək niyyətindədir.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən qızları Zəhranın ad gününü bir arada keçirən cütlük Türkiyə KİV nümayəndələrinin suallarını cavablandırıb. Bu zaman müxbir Avşara "bu il evlənmək planınız var?" sualını verib.

Hülya isə "toyum barədə yazı yazmağa hazırlaşın" deyib. Söhbətə Kaya qoşularaq "Hülyanın bu planında mən də ola bilərəm, gözləyin" bildirib.

Hər iki tanınmış şəxsin açıqlamasından sonra onların yenidən evlənəcəyi barədə suallar ortaya çıxıb.

 

Qeyd edək ki, Hülya ilə Kaya 1997- 2005-ci illərdə evli olublar.


XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829