Texnologİya

“Huawei” şirkətinin qurucusu: “ABŞ bizim gücümüzü düzgün qiymətləndirmir”

“Huawei” şirkətinin qurucusu: “ABŞ bizim gücümüzü düzgün qiymətləndirmir”

 


Çinin telekommunikasiya nəhəngi "Huawei” şirkətinin qurucusu Jen Çjenfey ABŞ-ın onların gücünü düzgün qiymətləndirmədiyini bildirib.


 

"Biz ABŞ tərəfindən real nəzarəti hələ bir il öncə hiss etmişdik. Amerikalı siyasətçilər hazırkı fəaliyyətləri ilə "Huawei” şirkətinin gücünü düzgün qiymətləndirmirlər”, - deyə Jen Çjenfey mətbuata müsahibəsində bildirib.


 

May ayının ortalarında ABŞ-ın ticarət naziri "Huawei” şirkətini Çin şirkətləri üçün Amerika istehsalçılarının komponentləri və texnologiyalarına yolunu bağlayan "qara siyahı”ya salıb. "Huawei”, eyni zamanda, müvafiq lisenziyası olmadan Amerika biznesi ilə iş görməyi qadağan edən siyahıdadır.


 

Bir qədər öncə Amerikanın "Google” şirkəti "Huawei”ə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra "Android” proqram təminatından və "Google” şirkətinin tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.


 

2018-ci ildə "Huawei” şirkətinin gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.


XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930