Hotellərdə qiymətlər \"od tutub yanır\" - Novruz tətili harada ucuz başa gələr?

Hotellərdə qiymətlər \
Bu gün Azərbaycanda yalnız varlı təbəqə müxtəlif günlərdə, xüsusən də bayram ərəfəsində istirahət etmək üçün hotellərə üz tutur. 
Təbii ki, buna səbəb qiymətlərin yüksək olmasıdır. Əhalinin orta təbəqəsi dincəlmək üçün daha münasib yerlərə üz tuturlar. Hotellərin qiyməti o qədər yüksəkdir ki, hətta xaricdə tətil etməyin daha ucuza başa gəldiyini düşünən vətəndaşlar da var. Bahalılıq ölkəyə gələn turist sayına da təsir edir. 
 
Bəs Novruz ərəfəsində hotellərdə qiymətlər necə olacaq?
 
Sfera.az şəhərdəki bir neçə məşhur hotelin 1 gecəlik qiymətlərini araşdırıb: 
 
"Hilton” hotelində 2 nəfərlik otağın bir gecəlik qiyməti 445 manat 10 qəpikdir. Bura səhər yeməyi və ƏDV də daxildir.
  
"JW Marriot Absheron” hotelində bir həftəlik qiymətlər 3 min 511 manat 74 qəpikdir. Bu qiymətə səhər yeməyi də daxildir. Səhər yeməyi istisna olmaqla isə qiymət 2 min 983 manat 10 qəpikdir. 1 günlük qiymət isə 426 manatdır. Səhər yeməyi daxil olmaqla 2 nəfərin bir gecə qalmasının qiyməti isə 501 manatdır.
 
"Park İnn” hotelində isə bir gecəlik qiymət 323 manatdır. Bura səhər yeməyi də daxildir. Səhər yeməyi daxil olmadan isə 1 gecəlik qiymət 264 manat təşkil edir.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...