Maqazİn

Hollivud ulduzu özündən 32 yaş kiçik sevgilisindən ayrıldı - FOTO

Hollivud ulduzu özündən 32 yaş kiçik sevgilisindən ayrıldı - FOTO

"Daily Mail” 24 yaşlı rus rəqqasə və model Polina Qlenə yaxın mənbəyə istinadən xəbər verir ki, o, dünya şöhrətli 56 yaşlı Hollivud aktyoru Conni Deppin davamlı təzyiqlərdən bezərək, ondan ayrılıb və Los-Ancelesdəki evini tərk edib.

İndi Polina Rusiyada sakit yaşayır və Conninin onunla evlənmək fikrinə dəli kimi baxır. Daha öncə mətbuatda cütlüyün toy edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Depp Polina Qlenin valideynləri ilə görüşmək istəyib.

 

"Yayılmış iddialara görə, "Polina Conninin məşhurluq statusuna görə onunla birlikdədir. O, aktyorun kölgəsində qalmağı daha üstün tutur və onunla münasibətdə olduğu zaman yalnız işə gedib evə qayıdırdı”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Conni və Polina keçən il bir ziyafətdə görüşüblər: o zaman qızın "Kapitan Cek Sparrow”nu tanımadığı və yalnız bir şəxs olaraq onunla maraqlandığı iddia edilib. Aprel ayında aktyor və Polina Belqraddakı bir hotelin pəncərəsində öpüşərkən görüntüləniblər. (oxu.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031