Hollivud gözəli kinodan gedir
09:05 / 13.03.2018
2762
Hollivud aktrisası və keçmiş model Kemeron Diaz karyerasını başa vurur.
Sfera.az-ın məlumatına görə, bu barədə "Metro" nəşri xəbər yayıb.
Qeyd olunur ki, rəfiqəsi Selma Blerlə lanç zamanı qızlar Diazın baş rolda oynadığı "Sevimli" filmini müzakirə ediblər. Aktrisa etiraf edib ki, daha kinoya çəkilməyi planlaşdırmır və "Good Charlotte" qrupunun üzvü olan həyat yoldaşı Benci Medden ilə daha çox vaxt keçirmək istəyir.