Hitler və alman ordusu barədə inanılmaz faktlar - FOTOLAR

Hitler və alman ordusu barədə inanılmaz faktlar -  FOTOLAR

Alman yazar Norman Ohler Almaniya faşistlərinin lideri Adolf Hitlerin narkotik maddədən istifadə etməsi haqda faktların əks olunduğu kitab yazıb.

 

Sfera.az publika.az-a istinadən xəbər verir ki, yazar Adolf Hitlerin şəxsi həkimi Teodor Morelin hazırladığı xüsusi maddələrdən istifadə etməsi iddiası ilə çıxış edib.

 

Qeyd edək ki, 1945-ci ilin mayında Berlini ələ keçirmiş sovet qoşunları faşistlərin arxivinin bir hissəsini məhv edib. Sənədlərin, tarixi faktların digər hissəsi Moskvaya göndərilib. Sovet qoşunları Almaniya paytaxtını ələ keçirənə qədər isə arxiv sənədlərinin, tarixi faktların müəyyən qismi faşistlərin özü tərəfindən yandırılaraq məhv edilib. Bununla belə, arxiv materiallarının bir qismi hazırda ABŞ-da saxlanılır.

 

ABŞ və alman federal arxivindən istifadə edən Ohler öz kitabında Hitlerin şəxsi həkimi Teodor Morelin fürerə verdiyi dərmanların hər birinin tərkibini ayrı-ayrılıqda araşdırıb. 

 

Onun gəldiyi qənaət bundan ibarətdir: Hitler, demək olar, hər gün narkotik maddələrdən istifadə edirmiş. Bunlar damara vurulan iynədən və xüsusi həblərdən ibarət imiş. 

 

Yazarın iddiasına görə, alman həkimləri hətta hərbçilərə də xüsusi dərmanlar veriblər. “Pervitin” adlı həb də bu qəbildən imiş. Lakin həmin narkotik maddələrlə Hitlerin qəbul etdiyi dərmanların tərkibi fərqli olub.

 

Araşdırmalar zamanı 30-cu illərdə almanların qəhvə əvəzinə kütləvi şəkildə “Pervitin” qəbul etdikləri də  üzə çıxıb. Həmin dərman yuxusuzluq, yüksək enerji gətirir.

 

İddialara görə, faşist hərbçilərinin 1940-cı ildə  bir neçə gün ərzində Fransanı diz çökdürmələrinin əsas səbəblərindən biri də bu dərmanlar olub.  

 

Kitabdan sitat: tərkibində narkotik maddələrin olduğu dərmanları qəbul edən Hitler 1944-cü ilin payızında alman ordusunun uğursuzluqları zamanı generalların “Döyüş əməliyyatlarının taktikasını dəyişdirək, müharibəni uduzuruq” deyə ona yalvarmaları zamanı hərbçilərin təkliflərinə müsbət cavab verib.

 

Qeyd edək ki, bu, faşistlərin narkotik maddələrdən istifadə etmələrinə dair ilk iddialar və faktlar deyil. Hitlerin əlaltılarının özləri də xatirələrində fürerin Morelin ona verdiyi dərmanlar sayəsində hərəkət edə bildiyini, “kişilik qüdrəti”ni artıran vasitələr sayəsində hərbi iclaslar keçirdiyini qeyd ediblər. Eyni zamanda Hitlerin bioqrafları da öz nəşrlərində Stalinqrad uğursuzluğundan sonra alman fürerinin “xüsusi dərman”lardan yararlandığını qeyd ediblər.  

 

Bütün bunlar bir yana, 1945-ci ilin mayında – Almaniya təslimçi sülh müqaviləsinə qol çəkdikdən sonra məlum oldu ki, imperiya aviasiyasının naziri, marşal German Gerinq hər gün narkotik maddələrdən istifadə edirmiş. Narkotik aludəçisi olmuş marşal uyuşdurucu vasitələrdən həbsxanaya düşən günə qədər istifadə etdi.


OXŞAR XƏBƏRLƏR

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...