Hindistanlılar Şəhidlər xiyabanında “oyun çıxardı” - Deputat və polis işə qarışdı - VİDEO

Hindistanlılar Şəhidlər xiyabanında “oyun çıxardı” - Deputat və polis işə qarışdı - VİDEO
 

Azərbaycanda səfərdə olan  bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib.

Sfera.az  xəbər verir  ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Şəhidlər Xiyabanındakı qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçan və oynayan bu gənclərin orada necə çəkiliş aparmaları müəmmalıdır.

Polisin də işə qarışdığı deyilir. "Modern”in yazdığına görə, hazırda məsələ Səbail rayon Polis İdarəsində araşdırılır.

Sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradan klip haqda Milli Məclisin deputatı Aydın Mirzəzadə də sərt fikirlər yazıb. Deputat ölkəmiz üçün müqəddəs sayılan məkanda belə hərəkətin yolverilməz olduğunu bildirib:

"Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə xəbər yayıldı. Həmçinin həmin görüntülər də yayıldı. Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir. 

Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.

Həmin görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...