Hindistanda şəriət boşanması qanunla qadağan edildi

Hindistanda şəriət boşanması qanunla qadağan edildi

 

 

Hindistan Parlamenti müsəlmanların "ani boşanma” təcrübəsini (üç dəfə "talaq”) qadağan edən qanun qəbul edib.

"RİA Novosti” xəbər verir ki, qanuna əsasən bu əməl artıq cinayət tərkibli kimi müəyyən ediləcək və 3 il azadlıqdan məhrum edilməklə cəzalandırlacaq.

İslama görə, üç dəfə "talaq” deməklə kişi rəsmi prosedur olmadan öz həyat yoldaşı ilə nigahını poza bilər. Bu təcrübə 2017-ci ilin avqustunda Hindistanın Ali Məhkəməsinin qərarı ilə qanunsuz hesab olunub, lakin qadağa yalnız hökumətin fərmanı ilə nizamlanırdı.

Qeyd olunur ki, müxalifət uzun müddət bu qanunun qəbul edilməsinin əleyhinə çıxıb.


OXŞAR XƏBƏRLƏR