Hindistana virtual səyahət başladı- FOTOLAR

Hindistana virtual səyahət başladı- FOTOLAR

Bakı İdman Sarayında "Hindistan günləri” sərgisinin açılış mərasimi baş tutub. Sərgidə "Abu Fazal Exports”, "Persion Dawary”, "Ronan Arşad Handicrafts” həmçinin, daha 75 hind şirkət və firmaları öz məhsullarını nümayiş etdirib. Açılışda Hindistan məhsulu olan ipək parçalar, bujiteriya əşyaları və digər məhsullar təqdim olunub.


Mərasimdə Hindistanın Azərbaycana 1 həftə öncə təyin olunan səfiri Şri Vanlalvavna, Hindistan Sənaye Palatasının baş katibi Maheş Redi, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev də iştirak edib.


Rəsmilər iki ölkə arasında çoxşaxəli ticari, iqtisadi və mədəni sahələrin inkişafından söz açıblar.


Qeyd edək ki, Hindistan sərgisi bu gündən etibarən martın 17-ə kimi, hər gün saat 11:00-dan 17:00-a qədər  davam edəcək.


Mehman Nəbiyev

 

 




 















OXŞAR XƏBƏRLƏR